Biləsuvarda maşın inəyi vurdu, sərnişin xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda maşın inəyi vurdu, sərnişin xəsarət aldı

Hadisə

12 Noyabr 2023 14:53 810


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini idarə etdiyi "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan inəyi vurub. Dördpendirli pizza

Zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşında sərnişin qismində olan Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyəsindən xəsarət alıb. Burunu, çənəsi sınan M.Behudova Biləsuvar RMX-da tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.

Qeyd edək ki, xəsarət alan sərnişin sürücünün qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!