Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yarandı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yarandı

Rəsmi

11 Dekabr 2022 20:57 741


Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

"Report"un yerli bürosuna rayon sakinləri bildirib ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.

Onların sözlərinə görə, rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var ki, onların birində yanacaq bu gün günorta saatlarında bitib. Digər məntəqədə isə uzun növbə var. Pepperoni pizza

Qeyd edək ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!