Biləsuvarda narkotacirlər saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda narkotacirlər saxlanıldı - Fotolar

Kriminal

08 Yanvar 2022 11:42 661


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Zaur Həsənov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı Z.Həsənova məxsus idman çantasından ayrı-ayrı plastik qablarda 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qram qurudulmuş marixuana və 75 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Ağcabədi rayon sakinləri Ramal Əliyev və Rəşad Hüseynov saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 320 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Sezar pizza

Faktlarla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!