Biləsuvarda narkotacirlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda narkotacirlər tutuldu

Kriminal

25 May 2020 12:46 701


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 1 kq-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kq 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Sezar pizza

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!