Biləsuvarda NİVA “KamAz”la toqquşdu:   Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda NİVA “KamAz”la toqquşdu: Xəsarət alanlar var

Hadisə

04 Noyabr 2023 22:49 1192


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

NİVA markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub. pizza hut

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1945-ci il təvəllüdlü Xudayar Xudaş oğlu Qulamov və sərnişini, 32 yaşlı oğlu Telman Xudayar oğlu Qulamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!