Biləsuvarda “patı“ əməliyyatı: 7 narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda “patı“ əməliyyatı: 7 narkotacir saxlanıldı

Kriminal

27 Avqust 2021 10:18 1257

Biləsuvarda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş. pizza sifarişi

Keçirilən digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K. Şirəli, B. Gülalıyev, L. Abdullayev, R. Məmmədov, T. Mayılzadə və R. İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!