Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda İkram Əliyevin idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi "SCANIA" markalı yük avtomobili toqquşub.
"Kamaz" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölüb, "SCANIA" markalı nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb. Pepperoni pizza
Araşdırma aparılır.
Telegram kanalımız