Biləsuvar rayonunun Melioratorlar qəsəbəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mirəli Abasət oğlu Vəliyevin idarə etdiyi “Hundai Santa Fe” və Alim Rzaxan oğlu Vəliyevin VAZ-2109 markalı minik avtomobilləri toqquşub.
Qəzada VAZ-2109 markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Şəfəq Gülağa qızı Tahirova müxtəlif dərəcəli xəsarət alıblar. pizza mizza
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız