Bilet satışından əldə olunan gəlirin bir hissəsi ianə ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bilet satışından əldə olunan gəlirin bir hissəsi ianə ediləcək

İdman

06 Sentyabr 2021 12:16 813


Sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.

Azərbaycan - Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. pizza sifarişi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!