"Təklif AFFA-nın baş katibi Sərxan Hacıyevdən gəldi. Daha sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə də görüşdük. Belə bir təklif oldu. Mən də düşündüm. Sonra isə müsbət cavab verdim. Bilirəm ki, ağır, məsuliyyətli işi üzərimə götürmüşəm. Amma hər halda qərarımı vermişəm, buradayam".
Yenisabah.az Qol.az-a istinadla xəbər verir ki, bunu AFFA-ya yeni mətbuat katibi təyin olunan telejurnalist və idman şərhçisi Elnur Məmmədliyə deyib.
O qeyd edib ki, görüləcək işlər haqda qarşıdakı günlərdə danışa biləcək: "Düzü, hələ heç kimi tanımıram. Bu gündən işə çıxmışam. Ona görə görüləcək işlər haqda indidən nəsə deyə bilmirəm. Proseslərlə tanış olum, 5-10 günə daha rahat danışa bilərəm". Marqarita pizza
Xatırladaq ki, E.Məmmədli bu vəzifədə "Səbail"ə idman direktoru təyin olunan Firuz Abdullanı əvəzləyib. Bundan əvvəl o, “Futbol+” qəzeti və "ANS", "AzTV", “CBC Sport” telekanallarında çalışıb. Eyni zamanda, Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.
Telegram kanalımız