Bill Qeyts koronavirus peyvəndindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Bill Qeyts koronavirus peyvəndindən danışdı

Dünya

23 İyul 2020 08:58 908


“İnsanların koronavirusdan sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”.

RİA Novosti yazır ki, bu barədə “CBS News”a açıqlamasında “Microsoft”un qurucusu Bill Qeyts bildirib. Onun sözlərinə görə, bir insanın koronavirusdan sağlaması üçün bir deyil, iki doza peyvənd qəbul etməsi lazım olacaq: “Bu anda, vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz. Əvvəllər buna ümid edilirdi”.

"Yalnız iki dəfəyə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox doza lazım olacaq" – deyə, “Microsoft” rəhbəri əlavə edib. Dördpendirli pizza

Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Fondu koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 300 milyon dollar ayırıb.

ÜST-nin ikinci ən böyük donoru olan bu fond 2018-2019-cu illərdə öz büdcəsinin 9,76% -ni səhiyyə qurumuna köçürüb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!