“Bilmirəm bizə niyə xalq artisti adı vermirlər“   - Cavanşir Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Bilmirəm bizə niyə xalq artisti adı vermirlər“ - Cavanşir Məmmədov

Şou

21 Oktyabr 2021 14:17 2280


“Mən fəxri adlarla bağlı məsələlərə artıq dəfələrlə münasibət bildirmişəm. Düşünürəm ki, bu haqda əlavə nəsə deməyə ehtiyac yoxdur”

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni on altı il bundan öncə Əməkdar artist fəxri adına layiq görüldüyünü bildirib:

“Biz Firuzə xanımla on altı il öncə Əməkdar artist fəxri adına layiq görülmüşük. Bizə indi Xalq artisti fəxri adını niyə vermədiklərini bilmirəm. Siz jurnalistlər gedin bunun səbəbini araşdırın. Qaldı ki, Firuzə xanımın mənzil şəraiti pisdir deyə bununla bağlı narazılığını bildirmişdi. Əlavə nə lazım olsa, Firuzə xanımın özündən soruşun”.  Sezar pizza

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadova bir neçə gün öncə illərdir Xalq artisti fəxri adına layiq görülməməsiylə bağlı mətbuata açıqlamasında öz narazılığını bildirmişdi. Müğənni həmçinin mənzil şəraitinin də pis olduğunu demişdi. Onu da bildirək ki, Firuzə İbadova və Cavanşir Məmmədov uzun illər duet ortağı olublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli CAVANŞİR BƏY. DÜNYANIN HEÇ BİR İNKİŞAF ETMİŞ ÖLKƏSİNDƏ OLMAYAN SOVETLƏRƏ AİD OLAN BU AD NƏYİNİZƏ LAZIMDIR? BELƏ ADLARDAN İMTİNA ETMƏK LAZIMDIR. ƏN YAXŞI AD XALQIN SEVİMLİSİ OLUB FLORA KİMİ QƏLBLƏRDƏ YAŞAMAQDIR.
    5 years ago
  • Anar
    Xalq artisti adın artıq o qəder ucuzlasibli her eline mikrafon alan bu adı özne istəyir.Cavansit bey xalq üçün ne etmisiz?Hemise toylarda oxuyub pul qazanmısiz.Ne xalq artisti. Xalq artisti yalnız Xalq mahnıların muqamlari opera oxuyanlara verilməlidir.vessalam.Medeniyyet Nazirliyi ciddi tədbir görməlidir bu barədə.Sabah obiri gün Şəbnəm Türkan Üzeyir Damla bunlarda ad istəyəcək.
    5 years ago