Binə sakinlərinə ŞAD XƏBƏR: “Layihə hazırlanıb…” - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Binə sakinlərinə ŞAD XƏBƏR: “Layihə hazırlanıb…” - RƏSMİ

Sosial

27 Noyabr 2025 15:52 9354


Binə qəsəbəsinin “Südçülük” yaşayış massivi sakinləri uzun illərdir içməli su yoxluğundan şikayətçidir.

“Yeni Sabah” xəbər verir ki, qəsəbə sakini Cəmilə Mustafayeva artıq vəziyyətin dözülməz hal aldığını bildirib:

“Duzlu su nə dadlıdır, nə də sağlamlıq üçün yararlıdır. Artıq illərdir ki, təmiz su intizarındayıq. Pulla su gətizdiririk. Bu da hər ailənin büdcəsinə ciddi ziyan vurur”. Dördpendirli pizza

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Yeni Sabah”ın sorğusuna cavabında sözügedən ünvanda hələlik mərkəzləşmiş içməli su şəbəkəsinin olmadığını bildirib:

“Şəbəkə olmayan ərazilərdə, o cümlədən sözügedən ərazi də daxil olmaqla, ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində içməli su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Qurum əlavə edib ki, layihə sənədləri artıq hazırlanıb və imzalanıb, lakin icra üçün dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramal
    Salam suyu birteher yoluna qoymağ olur . Dövletimzin başçısı ALİ BAŞA KOMANDAN İLHAM ELİYV CENABLARINAN bir vetandaş olaraq xaiş edirem Bine qesebesinin en böyük problemi kanalzasiya dır bu meseleni öne çeksinler.
    6 months ago
  • Günel
    Düz deyir bezmişik.Binən yiyəsi ölsün.Baxmırlar Binəyə.Millət çoxdu ama Binəyə baxan yoxdu.
    6 months ago