Binədə evlərdən 27 min manatlıq oğurluq edən şəxs saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Binədə evlərdən 27 min manatlıq oğurluq edən şəxs saxlanıldı - Video

Kriminal

05 Oktyabr 2024 16:39 1111


Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb. Marqarita pizza

Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı aşkar edilib. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!