Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın Yenisabah.az-a verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. pizza mizza
Əlavə məlumat veriləcək.
Telegram kanalımız