Binəli Yıldırım Nizami Mərkəzinin üzvü oldu

saytların hazırlanması

Evə çatdırılma

Binəli Yıldırım Nizami Mərkəzinin üzvü oldu

Maraqlı

09 Avqust 2022 16:19 1203


Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzin özü məlumat yayıb:

"Binəli Yıldırım Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Mərkəzin Bakıda təşkil etdiyi VIII və IX Qlobal Bakı Forumları və təşkil etdiyi digər Ali Səviyyəli toplantılarda aktiv iştirak edib. Marqarita pizza

Mərkəzin üzvləri sırasında xanım Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Petro Poroşenko, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni, İv Leterme, Kerri Kennedi, Valdis Zatlers kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hazırda Mərkəz üzvü olan keçmiş prezidentlərin, baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!