Binəqədidə yanğın: 14 nəfər xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə yanğın: 14 nəfər xəsarət alıb

Hadisə

06 Aprel 2024 12:46 877


Bakının Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğında 14 nəfər xəsarət alıb.

Yenmisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub. Dördpendirli pizza

Xəsarət alanlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, sözügedən ünvanda səhər saatlarına yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər binadan təxliyə edilib. Həyata keçirilmiş tədbirlərlə yanğın söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!