Binəqədiyə birləşən 2 yol təmir olunur

saytların hazırlanması

Evə çatdırılma

Binəqədiyə birləşən 2 yol təmir olunur

Sosial

18 İyun 2025 15:45 342


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb.

Yenisabah.az xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. pizza sifarişi

Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!