Nura Suri sosial media paylaşımında evlərin qiymətindən heyrətini ifadə edib.
Yenisabah.az xəbər verir ki, müğənni bahalıqdan şikayətlənib:
“Mərdəkan, Şüvalan tərəfdə torpaq qalmayıb, hamısını alıb zövqsüz evlər tikir, od qiymətinə satırlar. Bir adam da demir, niyə o zonanı belə bərbad günə qoymusunuz? Olmaz ki, hər şəhərin, bölgənin, kəndin bir dizayna uyğun görüntüsünü və rəngini əvvəldən hazırlasın, ev tikən insanlara bu layihəyə uyğun tikintiyə icazə verilsin? Heyif deyil o torpaqlar?! Real olmayan qiymətləri kim təyin edir axı? Sezar pizza
2-3 makler gəzir ortalıqda, torpağı ucuz qiymətə alıb, 3-4 sotla bölüb, bir-birinə bənzər ucuz və keyfiyyətsiz materiallardan istifadə edib, zövqsüz evləri tikib, 350 mindən 2 milyona kimi qiymətə satırlar. Bu adamların arxasında duranların pulu var, amma insaf və zövqləri yoxdur. Zövqlü və bağlı şəhərciklər tikənlər də var, amma qiymətlər o qədər yüksəkdir ki, heç Amerikada və Avropada elə qiymətə ev və villa yoxdur”.
Telegram kanalımız