Bir ailəni ölümlə hədələdi   – Həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bir ailəni ölümlə hədələdi – Həbs olundu

Kriminal

16 Aprel 2020 13:28 834


Ağdaş rayonunda bir ailənin 3 üzvünü öldürməklə hədələyən şəxs barəsində cinayət işi başlanıb.

“Yeni Sabah”ın məlumatına görə, rayon sakini Əliyev Abdulla İsmayıl oğlu Ağdaş Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Yunusov Elnur Qinyaz oğlu onun və ailə üzvlərini ölümlə hədələyir. Dərhal əməliyyat-istintaq qrupu yaradılıb və E.Yunusov şübhəli şəxs qismində saxlanılıb. 

Ibtidai istintaq dövründə Elnur Yunusovun A. Əliyevlə yanaşı, onun ailə üzvləri olan Əliyeva Yazgül Zibeydə qızı və Əliyeva Aydan Abdulla qızınıda ölümlə hədələməsi sübuta yetirilib və ona qarşı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 134.1-ci (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.  Dördpendirli pizza

İbtidai istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib və hakim Famil Nəsibovun icraatına verilib. 

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!