Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu, Taxtalar kəndində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-dən “Yeni Sabah”a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA-nın məlumatına görə, Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki "VAZ" markalı avtomaşının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Şabran rayon sakinləri - 1989-cu il təvəllüdlü Cəfərov Əliabbas Qulu oğlu, 1975-ci il təvəllüdlü Nəğəliyev Şaiq Əlibala oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyeva Sevda Əlibala qızı, 1970-ci il təvəllüdlü Nəğdəliyeva Xumar Əliabbas qızı və 1999-cu il təvəllüdlü Nəğdəliyev Osman Şaiq oğlu Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Toyuqlu pizza
Telegram kanalımız