Bir ailənin 6 üzvü qəzada yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bir ailənin 6 üzvü qəzada yaralandı

Hadisə

03 Mart 2021 16:52 1118


Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə “KamaZ” markalı yük maşını toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alanlar Bakı şəhər sakinləri-Mustafayev Mübariz Əhməd oğlu, Mustafayeva Leyla Yasin qızı, Mustafayeva Dursun Məhəmməd qızı, Mustafayeva Bəsti Məhəmməd qızı, Mustafayeva Nəzrin Xəyyam qızı və İbrahimova Təravət Yasin qızıdır. Marqarita pizza

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!