“Bir arzum vardı, gözümdə qaldı“ - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Bir arzum vardı, gözümdə qaldı“ - Əməkdar artist

Şou

29 İyul 2020 17:55 2149


"Balaca oğlum Tərlanın gözəl səsi var, amma qoymadım müğənni olsun. Baş leytenant oldu".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev ATV telekanalında yayımlanan "7 Canlı" proqramında deyib.

Övladlarından danışan sənətçi onların iki universitet bitirdiyini bildirib: pizza mizza

"İki oğlum var, hər zaman onlara deyirdim ki, nə istəsəniz alacam, təkcə oxuyun, savadınız olsun. Uşaqlarımın hərəsi iki universitet bitirib.  Həyatda tək arzum forma geyinmək idi, alınmadı, arzum gözümdə qaldı. Dedim, uşaqlarımdan birinə qismət olsun. Böyük oğlum bir az işlədi, amma istəmədi. Balaca oğlum Tərlan Baş leytenant oldu. Dövlət məmurudur. O, formanı geyinib gələndə gözlərim yaşarır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!