Bir ay ərzində avtomobillərinizə diqqət edin -   Cərimələnə bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

Bir ay ərzində avtomobillərinizə diqqət edin - Cərimələnə bilərsiniz

Sosial

19 Oktyabr 2025 10:22 28419


Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Hesablamalara görə ölkəmizdə atmosferə atılan çirkləndirici maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların yaranmasına və ağır yol qəzalarına da səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı elan edib.

Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur. Dominos pizza

“Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”, - nazirlikdən qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aydın
    Onda hər il keçirilən texniki baxış kimə lazımdır? Texniki baxışdan keçmiş maşına cərimə etmək tam yanlışdır. Ölkədə satılan yanacaq və sürtkü materiallarına hər gün nəzarət etmək lazımdırki, ətraf mühüt çirklənməsin.
    7 months ago
  • Ülviyyə
    Dövlət Yol Polisinin əməkdaşları məhz gecə vaxtı avtomobil sürərkən yüksək səslə musiqi səsləndirib sakinlərin narahatlığlarına səbəb olurlar. Musiqi səsini özləri eşitsinlər. Əhalinin onların qulaq asdığları musiqini dinləməyə ehtiyacları yoxdur
    7 months ago
  • Azad
    Guya ki,təbii sərvətlər nazirliyi bilirsə atmosferdə nə qədər zəhər var,getsinlər rayonlara ordakı olan zibillərə baxsınlar gör nə qədər zəhər var,yox avtomobil zəhər buraxır nə bilim nə,boş boş cərimələr yazıq sürücülər nə qədər olar axı,boş qərarlar
    7 months ago
  • Sexran Əliyev
    Əvvəl düzgün yanacaq olsun ki xaric olunan qazları ölçmək mümkün olsun Bu bir rüşvət mənbəyidir
    7 months ago
  • elnur
    novbeti rusvet yigmaq ucun behane
    7 months ago