“Bir ayaqqabım var, 5500 manata almışam“   - Xuraman Şuşalı

saytların hazırlanması

Evə çatdırılma

“Bir ayaqqabım var, 5500 manata almışam“ - Xuraman Şuşalı

Şou

22 Aprel 2021 16:56 1089


“Qarderobumda bir ayaqqabım var, ona 5500 manat vermişəm. O vaxt yaxşı qazanırdım, Rusiyada toylara gedirdim. Bakıda hər gün toyum olurdu”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı ATV telekanalında yayımlanan “Birə-bir” verilişində qonaq olarkən deyib.

O, hicaba keçməzdən əvvəlki dəbdəbəli həyat tərzindən danışıb: Pepperoni pizza

"Hicabdan əvvəlki vaxtlarımda dəbdəbəni çox sevirdim. Hicab taxandan sonra isə israfı anladım. Düşündüm ki, gərək o pulu bir torpaq sahəsinə verərdim. İndi daha baha qiymətə satardım. Pulu hədər tökmək lazım deyilmiş. Maşınım var idi, gedib kreditlə daha baha maşın aldım. 120 min manat kreditə girdim. Gecikmələrim oldu. İndi də həmin maşını sürürəm. Dostlarım deyir ki, dəyiş bunu. Pul yoxdur, nəylə dəyişim? İndi məni heç kim məcbur edə bilməz ki, kreditə maşın götürüm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!