Bir ayın gəlini döyülərək evdən qovuldu – Azərbaycada

saytların hazırlanması

Evə çatdırılma

Bir ayın gəlini döyülərək evdən qovuldu – Azərbaycada

Sosial

01 Oktyabr 2019 15:50 1040


"Space Tv"də Amil Xəlilin “Gəl dərdini danış” verilişində maraqlı anlar yaşanıb. 

“Yeni Sabah” xəbər verir ki, verilişə müraciət edən ana və qızı inanılmaz məqamları ilk dəfə efirdən etiraf edib. 

Dəmir yığaraq ailəsini dolandıran Aybəniz xanım qızını İsmayıllı rayonuna ərə verir. Ana qızının gələcək taleyi üçün 2 gün ərzində İsmayıllını gəzir, qızının nişanlısının ailəsini maraqlanır. Ananın sözlərinə görə heç kim ailə haqqında artıq-əksik heç nə deməyib. Toyu olan Esmiranın qara günü də məhs toydan sonra bəlli olur.  pizza

Belə ki, ailə iddia edir ki, oğlanın psixoloji problemi olub məhs iynə vurularaq sakitləşdirilib. Toydan sonra bahalı iynə qəbul etməyən bəyin xanımla münasibəti pisləşib. Amma Esmiranın qayınanası oğlunun məhs Esmiranın qohumları tərəfindən cadu-əməl edilərək bu hala salındığını iddia edib. 

Hər gün döyülən Esmira bir gün əri tərəfindən “adapter” naqili ilə boğularaq işgəncə verilib. Bütün bu əziyyətə dözməyə çalışan Esmira bir neçə həftə əvvəl gəlin köçdüyü evdə dərman qəbul edərək intihara cəht edib. Esmira bu fikirləri ilk dəfə birbaşa efirdən səsləndirdiyini qeyd edib. O cümlədən Esmira döyülməsi ilə bağlı ekspertizaya da müraciət edib. Lakin nə ekspertizadan xəbər var nə də ki, Esmiranın ölümə sürükləyən adamdan.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!