Müğənni Elçin Cəfərov ARB TV-də yayımlanan "Show news" verilişinə maraqlı açıqlamalar verib.
"Yeni Sabah" xəbər verir ki, müğənni sənətdən uzaqlaşması ilə bağlı suala belə cavab verib:
"Böyük bir səbəbi yoxdur. Sadəcə bir az tənbəllik var". Sezar pizza
Elçin bayağı mahnıların çoxluğundan gileylənib: "Onlar boş şeylərdir. Necə ki, həmişə olublar. Yaxşı mahnı həmişə qalır. Sənət öz sözünü deyir. Təzə nəsil insanlar gəlib. Onlar başqa cür düşünürlər. Mən onların başı ilə düşünə bilmərəm. Bəsit, savadsız yazılan musiqilər heç vaxt qala bilməz"
Müğənni bayağı mahnıların yayılmasında və sevilməsində günahı özü və onun kimi sənətçilərdə gördüyünü deyib:
"Az-az efirə çıxmağa başladıq. Və o bəsit musiqi çıxaranlar gəlib doluşdular".
Telegram kanalımız