“Bir az əvvəl mahnı oxudum, uğur qazana bilmədim” – Namiq Qaraçuxurlu

saytların hazırlanması

Evə çatdırılma

“Bir az əvvəl mahnı oxudum, uğur qazana bilmədim” – Namiq Qaraçuxurlu

Şou

06 Avqust 2020 14:02 1588


"Yeni mahnılarım var, söz-musiqisi hazırdır. Amma aranjiman etməmişəm. Karantində mahnı təqdim etmək təhlükəlidir. Bir az əvvəl mahnı oxudum və klip çəkdim, amma istədiyim uğuru ala bilmədim". 

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "ATV maqazin onlarla" verilişində deyib. Səhhəti barədə məlumat verən ifaçı ayağında hələ də ağrıların olduğunu bildirib: 

"Birini tərpədirəm, ikinci ayağımı çox da rahat hərəkət etdirə bilmirəm. Əvvəlki gəzdiyimin heç 10 faizini indi gəzmirəm. Ayağımı qaldıran kimi ağrıyır".  Sezar pizza

Qeyd edək ki, meyxanaçı ötən il ayağından əməliyyat olunub. O, bu səbəbdən bir müddət verilişlərə getməyib və əsayla gəzmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!