Astroloqlar deyir ki, bəzi bürclər xarakterlərinə görə, digərlərindən daha təsiredici olurlar.
Yenisabah.az ilk baxışda qarşısındakı şəxsi təsiri altına salan bürcləri təqdim edir:
Şir pizza mizza
Şirlər liderlik keyfiyyətləri ilə tanınır. Onlar bir mühitə daxil olduqda dərhal diqqəti özlərinə çəkirlər. Onlar dəbdəbəli həyatı sevir və sosial həyat tərzi yaşayırlar. Arxa planda olmaq onlar üçün deyil. Cəlbedici olsalar da, çox vaxt təkəbbürlü və kinli olurlar.
Əqrəb
Əqrəblər ağıllı və ehtiraslıdır. Onlar beynlərinə yeritdiklərini etməyənə qədər dinc dayanmırlar. Əqrəbin sirli tərzi var. Ən adi hadisələrə belə müəmmalılıq görünüşü verə bilirlər. Bu da əqrəbləri cəlbedici edir.
Buğa
Buğalar güclü, əzəmətli tərzə malikdir. Sadiq olduqları qədər də qısqancdırlar. Onlarla asanlıqla münasibət qurmaq olar, amma bəzən bunu etmək heç də asan olmur. Buğalar diqqət görmədikləri yerdən asanlıqla uzaqlaşırlar. Ovsunlayıcı auraya sahib olan buğalar bircə baxışla ürəyinizi fəth edə bilərlər.
Gülxanım Əliyeva
Telegram kanalımız