“Mənim İlham Əliyevin qarşısında söz deməyə ixtiyarım yoxdur“   - Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Mənim İlham Əliyevin qarşısında söz deməyə ixtiyarım yoxdur“ - Flora Kərimova

Mədəniyyət

01 Aprel 2021 16:15 2052


“Şuşa işğaldan azad olandan bəri mənim sevinc göz yaşlarım dayanmayıb. Mütləq gedəcəyəm, gözləyirəm...”

Bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova deyib. O, icazə verilən kimi Şuşaya ilk yollananlardan biri olacağını bildirib:

“Vətəndaşlara işğaldan azad olunan yerlərə getməyə icazə verilən kimi, görəcəksiniz ki, mənim səsim Şuşadan gəlir.Tək qarabağlıların yox, Azərbaycanın bütün bölgələrindən insanlar həmin vaxt orada çalıb-oxumağa başlayacaqlar”. pizza

80 yaşlı sənətçi illlərin Şuşa həsrətinə son qoyduğu üçün ölkə başçısına təşəkkür edib:

“Bəzi məmurların Şuşa ilə bağlı fikirləri olduğu deyilir, mən qarışmaq istəmirəm, çünki ölkə başçısı bu barədə danışdı. Mənim bu barədə informasiyam ondan çox ola bilməz. Dövlət adamlarına “o” deyə müraciət etmək olmaz, mən möhtərəm bir şəxsə deyirəm, “O” hərfini hər zaman böyüklə vurğulayıram. Bir daha təkrar edirəm ki, ona vətənimlə borcluyam, o məni vətənimə qaytardı. Hər halda, məmurlar haqda onun informasiyaları millət səviyyəsində olan informasiyadır, mənim onun fikirlərinin qarşısında bir söz deməyə ixtiyarım yoxdur”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!