“Bir dəfə oğlum mənə mesaj yazdı ki...” - Elza Seyidcahan

saytların hazırlanması

Evə çatdırılma

“Bir dəfə oğlum mənə mesaj yazdı ki...” - Elza Seyidcahan

Şou

08 Dekabr 2024 20:55 960


"Kimsə irad tutanda səbrlə dinləyirəm. Görürsünüz, mənə nələr deyirlər? Onlar hələ yetişməyiblər. Məni anlayanlar yetişib, anlamayanlar yetişməyib".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Müğənni şeirlərinin tənqid olunmasından danışıb.

Seyidcahan oğlu ilə münasibətlərinin yaxşı olmaması haqda suallara belə cavab verib: pizza sifarişi

"Oğlum da hələ yetişməyib. Elə vaxt olub ki, onunla danışmamışıq. Hərdən səddi övladlarına da qoymalısan. Bir dəfə oğlum mənə mesaj yazdı ki, sənin klipinə baxdım, qarşında baş əyirəm. Hətta aramız soyuq olan vaxtlarda. Avropada övlad 18 yaşına çatanda deyirlər, get ayrı yaşa. 40 yaşında övlad məcburdur mənim yanımda qalsın? Oğlum bir az məndən ayrı qalanda deyirlər, küsülüdürlər".  /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!