Bir evdə 300 sahibsiz pişiyin yaşadığı müəyyən edilib

saytların hazırlanması

Evə çatdırılma

Bir evdə 300 sahibsiz pişiyin yaşadığı müəyyən edilib

Dünya

18 Fevral 2025 15:27 197


Hindistanın Maharaştra ştatının Pune şəhərində bələdiyyə işçiləri bir mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığını aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hindistan mətbuatının məlumatına görə, binanın sakinləri pis qoxu və qeyri-gigiyenik şəraitdən şikayət etdikdən sonra bələdiyyə işçiləri araşdırmalara başlayıb. pizza sifarişi

Bələdiyyə və polis əməkdaşlarının yoxlaması nəticəsində çoxsaylı pişiklərin binanın 9-cu mərtəbəsində yerləşən mənzildə saxlanıldığı müəyyən edilib.

Daha sonra mənzil sahibinə pişiklərin iki gün ərzində azad buraxılması və ya başqa yerə köçürülməsi barədə rəsmi xəbərdarlıq edilib.

Polis inspektoru Nileş Jagdale bildirib ki, mənzil sahibi mütəmadi olaraq küçə pişiklərini evinə gətirir və onlar sağaldıqdan sonra sərbəst buraxır. Bu səbəbdən mənzildə çox sayda pişik toplanıb və qeyri-sağlam şərait yaranıb ki, bu da qonşuların narazılığına səbəb olub.

Məlumata görə, pişiklər bələdiyyəyə məxsus sığınacaqlara aparılacaq./BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!