Daşkəsən rayonunun Dəstəfur kəndində şəhid ailəsi ilə icra nümayəndəsi arasında baş verən insident maraqlı bir məqamı üzə çıxarıb. Məlum olub ki, zərərçəkmiş qismində polisə müraciət edən Lalə Cəfərova Daşkəsən rayon İcra Hakimiyyətinin Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, həyat yoldaşı Rövşən Həsənov isə həmin kəndin bələdiyyə sədridir.
Maraqlıdır, birinci dərəcəli qohumlar eyni kənddə iki məsul vəzifəni tuta bilərmi?
“Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələdə qanunazidd hal yoxdur: Marqarita pizza
“Çünki bu vəzifələrdən biri seçkili vəzifədir, onu xalq seçib. Seçkili vəzifələrdə vətəndaşların şəxsi seçdiyinə görə maraqlar toqquşması yoxdur. Əgər bu qurumdan biri digərinin tabeçiliyində olsa idi, belə hallar yolverilməz olardı.
Korrupsiyaya qarşı mübarizə haqqında qanunda göstərilir ki, əgər belə bir hal mövcuddursa, 30 gün müddətində bununla bağlı tərəflərdən biri könüllü olaraq qərar qəbul etməlidir. Əks halda, onlardan birinin vəzifədən azad edilməsi, yaxud uyğun vəzifəyə keçirilməsi ilə bağlı yuxarı orqanlar qərar çıxarır”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız