Bir gecədə 5 nəfəri maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bir gecədə 5 nəfəri maşın vurdu

Hadisə

16 Mart 2021 10:48 949


Abşeronda və Bakının Suraxanı, Nizami, Sabunçu və Yasaml rayonlarında yol qəzaları zamanı 5 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisələr gecə saatlarında baş verib.

Suraxanı rayonunda yolu keçən 1987-ci il təvəllüdlü İsmayılov Təbriz Oqtay oğlunu, Nizami rayonunun Keşlə qəsəbəsində 1996-cı il təvəllüdlü Abuşov Nadir Məmməd oğlunu, Maştağa qəsəbəsində 1972-ci il təvəllüdlü İbadov Valeh Miri oğlunu, Yasamal rayonu, Hüseyn Məcidov küçəsində 1971-ci il təvəllüdlü Mehmanov Rafiq Əziz oğlunu və Abşeron rayonu, Mehdiabad qəsəbəsində 64 yaşlı Şükürov İntiqam İsmayıl oğlunu yolun müəyyən edilmiş hissəsindən keçmədikləri üçün avtomobil vurub. pizza mizza

Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!