Bir gündə 100 sərəncam imzalayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 100 sərəncam imzalayacaq

Dünya

11 Yanvar 2025 09:08 307


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalaması gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, sərəncamlar sərhəd təhlükəsizliyi, o cümlədən ABŞ-Meksika sərhədində nəzarətin güclənməsi, deportasiya, məktəblərdə gender məsələsi, vaksinasiya və seçki kampaniyası zamanı vəd verdiyi digər məsələlərlə bağlı olacaq. Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır. Sərəncamların əksəriyyətinin yanvarın 20-si andiçmə günündə Prezident vəzifəni təhvil aldıqdan dərhal sonra imzalanacağı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!