Bir gündə 1700 ölü: Amerika şokda

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 1700 ölü: Amerika şokda

Dünya

08 Aprel 2020 08:30 993


ABŞ-da sutka ərzində yeni növ koronavirusdan 1700 nəfər ölüb. Bu barədə CNN telekanalı Con Hopkins Universitetinə istinadla məlumat yayıb. Daha əvvəl antirekord ölüm faktı (1400-dən çox) aprelin 3-də qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 396,2 mini ötüb, virusa yoluxmuş 21 min 763 nəfər sağalıb, 12 min 722 xəstə ölüb.

Yeni növ koronavirusa yoluxma hadisəsi ötən ilin dekabrında Mərkəzi Çində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!