Bir gündə 456 minə yaxın yeni yoluxma aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 456 minə yaxın yeni yoluxma aşkarlandı

Dünya

23 Mart 2021 08:30 610


Dünyada COVID-19-a yoluxanların sayı 122,99 milyon nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 122 992 844 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 711 071 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 455 964 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 7 291 pasiyent təhlükəli infeksiyadan ölüb. pizza sifarişi

Son 24 saat ərzində infeksiyaya yoluxanların 41 faizindən çoxu Şimali və Cənubi Amerikanın (189 752), daha sonra Avropanın (158 026), ardından isə Cənub-Şərqi Asiyada (54 164) qeydə alınıb.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (29 497 998), Braziliya (11 950 459), Hindistan (11 646 081) və Rusiyada (4 466 153) qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!