Bir gündə iki rayon işğal olunmuşdu...

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə iki rayon işğal olunmuşdu...

Rəsmi

23 Avqust 2019 05:24 1409


Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

Bəyanatı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov Azərtac-a şərh edərək bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.

İyirmi altı il əvvəl – 1993-cü il avqust ayının 23-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 1386 kvadratkilometr sahəsi, 95,9 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 81 kəndi olan Azərbaycanın Füzuli rayonu işğal edildi. Ermənistan silahlı qüvvələri elə həmin gün 1050 kvadratkilometr sahəsi, 52,6 min nəfər əhalisi, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Azərbaycanın Cəbrayıl rayonunu bütünlüklə işğal etdilər. 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş və hazırda Azərbaycanın nəzarətindədir. Füzuli şəhəri və 81 kəndin 61-i isə Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Pepperoni pizza

Hazırda Füzuli rayonunun 132 minlik əhalisinin 70 mindən çoxu rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşır. Cəbrayıl rayonunun 80 mindən çox əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!