Bir həftə əvvəl həbs edilən məşhur avtoritet təcridxanada öldü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bir həftə əvvəl həbs edilən məşhur avtoritet təcridxanada öldü - Foto

Kriminal

01 Sentyabr 2021 13:06 1358


Azərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. pizza hut

Xatırladaq ki, N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi.

Onu da qeyd edək ki, "Diska Nəriman" ləqəbli avtoritet N.Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb. “Obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!