Türkiyəli müğənni Zerrin Özer ötən həftə boşandığı əri ilə yenidən barışıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı dələduzluqda günahlandırılan əri Murat Akıncı ilə problemlərə son qoyub.
Özündən 26 yaş kiçik həyat yoldaşı ilə yenidən bir araya gələn Zerrin başqalarının onlar haqqında dediklərinə əhəmiyyət vermədiyini bildirib.
Qeyd edək ki, 61 yaşlı ifaçı ərinin dələduzluq etdiyini və ondan başqa üç qadını da aldatdığını deyərək, ondan boşanmışdı. Bundan əlavə, M.Akıncının tanınmış homoseksuallarla münasibətdə olması barədə faktlar da üzə çıxmışdı.
https://cdn.yenisabah.az/files/zerrin1.jpg
https://cdn.yenisabah.az/files/zerrin2.jpg Telegram kanalımız