Bir həftəyə13.5 milyard dollar…

saytların hazırlanması

Evə çatdırılma

Bir həftəyə13.5 milyard dollar…

Dünya

23 Noyabr 2020 07:52 916


“SpaceX” şirkətinin təsisçisi və “Tesla”nın baş direktoru İlon Mask bir həftə ərzində sərvətini 13.5 milyard dollar artırıb.

Bu barədə “Forbes” məlumat verib. 22 noyabrda jurnalın milyarderlər reytinqində İlon Maskın sərvəti 104.5 milyard dollar təşkil edib. O, bu göstərici ilə reytinqin dördüncü pilləsində qərarlaşıb.

“Bloomberg” isə milyarderin sərvətini 121 milyard dollar kimi qiymətləndirib və bununla İlon Mask nəşrin reytinqində üçüncü pillənin sahibi olub. Toyuqlu pizza

İlon Maskın sərvətinin artmasına səbəb “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 20 faiz artması olub. Qeyd edək ki, “Tesla”nın səhmlərinin 21 faizi İlon Maska aiddir. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!