Bir ildən çoxdur İnterpolla axtardığımız Araik Xankəndidə vurhavur bina tikdirir... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bir ildən çoxdur İnterpolla axtardığımız Araik Xankəndidə vurhavur bina tikdirir... - Foto

Rəsmi

02 Noyabr 2021 19:06 1555


30 ildən çoxdur Azərbaycanın işğal altındakı  torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra da  Qarabağın Rusiyanın sülhməramlı hərbi kontingentinin nəzarətində qalan hissəsində tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan bu gün Xankəndinin Tumanyanın küçəsində çoxmərtəbəli bina tikintisinə baş çəkib.

Yenisabah.az xəbər verir ki, bu haqda “Armenpress” məlumat yayıb.

Araik tikintini aparan şirkət rəhbərlərinə göstərişlər verib.  Onlar bildirib ki, cəmi 300 mənzillik binalar 2021-ci ilin sonunadək hazır olmalıdır. pizza

Qeyd edək ki, bir müddət əvvəl xəbər verdiyimiz kimi,  separatçı rejim Şuşa rayonunun Xankəndi şəhərinə, demək olar ki, bitişik olan “Açapnyak” adlandırılmış  Malıbəyli kəndində də əsasən Hadrutdan köçürülmüş ermənilər üçün yaşayış binaları tikilir.

Xatırladaq ki, bir il öncə -  2020-ci ilin oktyabrında Gəncəyə ballistik raketlər atılması əmrini birbaşa özünün verdiyini etiraf edən Araik Arutyunyan Azərbaycan dövləti tərəfindən  İnterpolla beynəlxalq axtarışa verilib...

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Bu yazıdan kim ne basa düşdü?Gəncəni vur əmri verən,axtardığınızın yeri bəlli deyilki?
    5 years ago
  • RAHİM
    BU NECƏ İNTERPOLDURKİ araiki AZƏRBAYCANA TƏHVİL VERMİR?
    5 years ago