"Bir millidən cavab gözləyirəm" – Millimizin baş məşqçi postuna namizəd

saytların hazırlanması

Evə çatdırılma

"Bir millidən cavab gözləyirəm" – Millimizin baş məşqçi postuna namizəd

İdman

05 Mart 2020 14:30 958


Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri olan Canni De Byazi açıqlama verib. "Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Albaniya millisinin sabiq çalışdırıcısı bəzi İtaliya klublarından təklif gəldiyini, lakin bunu rədd etdiyini bildirib. İtaliyalı mütəxəssis hazırda bir milli komandadan cavab gözlədiyini deyib: "İranda işləmək variantım çoxdan olmuşdu. Lakin sonradan çox problem yarandı, buna görə müqavilə imzalanmadı. A seriyasından bəzi klublarla danışıq oldu, amma hamısına "yox" dedim. Hazırda bir milli komandadan cavab gözləyirəm. Avropa ölkəsidir. Ümid edirəm ki, bir neçə günə məsələ həllini tapacaq". Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri "Alaves" 9İspaniya) olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasını çalışdırıb. Onun rəhbərliyi altında Albaniya tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!