“Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər”

Siyasət

16 Yanvar 2020 13:07 1202


Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bir şəxsin bir neçə dairədən namizədliyinin qeydə alınması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə secki-2020.az saytına açıqlama verən MSK sədrinin müavini deyib ki, namizədliyin irəli sürülməsi təsdiq olunan mərhələdə hər hansı bir şəxs öz müraciətindən imtina edərək digər dairəyə gedə bilir.

R.Qasımov qeyd edib ki, buna baxmayaraq, statistik baxımdan şəffaflığın təmin olunması və cəmiyyətin bu barədə tam əhatəli məlumat alması üçün həmin informasiyalar Seçkilər İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilir: “Ancaq bu o demək deyil ki, bir adam iki dairədən namizədir. Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır”. Dördpendirli pizza

MSK sədrinin müavini diqqətə çatdırıb ki, bu anlaşılmazlıqlar namizədlərlə bağlı statistik göstəricilərə tam diqqət yetirilmədiyi üçün qaynaqlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!