Bir ölkəyə görə bütün dünya məhv ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Bir ölkəyə görə bütün dünya məhv ola bilər

Dünya

13 May 2021 20:47 2080


Əgər Çin Paris iqlim sazişi çərçivəsində zəhərli qaz tullantılarını azaltmazsa, bütün dünyanı fəlakət gözləyir.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın Proqressiv Siyasət İnstitunun strateji məsləhətçisi Pol Blesdo bəyan edib.

Ekspertin fikirlərini “The Hill” nəşri gündəmə gətirib. pizza hut

İqlim mütəxəssisi olan Blesdo bildirib ki, dünya ölkələri zəhərli qazların atmosferə tullanması sayəsində ciddi irəliləyiş əldə edib. Lakin cəmi bir ölkə bütün bu nailiyyətlərin üzərindən xətt çəkə bilər ki, həmin ölkə də Çindir.  

Blesdonun sözlərinə görə, 2019-cu ildə Çində qeyd olunan tullantıların həcmi bütün inkişaf etmiş ölkələrin məcmu göstəricisini üstələyib və bu tendeniya hələ də davam edir. Hazırda qlobal zəhərli qaz tullantıları həcminin 27%-i məhz Çinin payına düşür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!