Bir oyunun bilet satışından bir milyon gəlir

saytların hazırlanması

Evə çatdırılma

Bir oyunun bilet satışından bir milyon gəlir

İdman

28 Aprel 2023 15:32 894


"Barselona" klubu qadınlardan ibarət komandası bir oyunundan özü üçün rekord gəlir əldə edib. 

Yenisabah.az xəbər verir ki, bu, Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə qarşı cavab oyunundan sonra mümkün olub. "Nou-Kamp"da həmin matçı stadionda 72 min 262 tamaçı izləyib. Nəticədə klubun biletdən gəliri 1,2 milyon avro təşkil edib. 

Qeyd edək ki, "Barselona"nın qadınlardan ibarət komandası "Çelsi"ni üstələyərək (səfərdə 1:0, evdə 1:1) finala vəsiqə qazanıb. "Barselona" finalda "Arsenal" - "Volfsburq" cütünün güclüsü ilə üz-üzə gələcək.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!