Bir qəzada 9 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bir qəzada 9 nəfər yaralandı

Kriminal

26 Aprel 2019 02:26 746


Salyan rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb. “QAZel” markalı mikroavtobusla “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. 

Bunlar Salyan rayon sakinləri - 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır. pizza hut

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

 Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!