Bir qrup müəllim şagirdlərinə belə dəstək oldular - Video

saytların hazırlanması

Evə çatdırılma

Bir qrup müəllim şagirdlərinə belə dəstək oldular - Video

Sosial

06 May 2020 23:40 1851


Müxtəlif bölgələrdə fəaliyyət göstərən bir qrup müəllim virtual məktəbə və onlayn dərslərə qoşula bilməyən şagirdlərinə dəstək olublar. Onlar hərəkət məhdudiyyəti götürülən kimi həmin şagirdlərin olduğu ünvanlara yollanıblar.

Yenisabah.az xəbər verir ki, Şəkinin Qoxmuq kənd tam orta məktəbinin direktoru, ibtidai sinif müəllimi Kəmalə Həsənova və Göyçayda yaşayan, Ucarın Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyən Aynur İbrahimova da bu təşəbbüsə ilk qoşulanlardandır.

Təhsil Nazirliyi nəzdindəki İnsan Resursları Mərkəzinin üzvü olan bu müəllimlərin təşəbbüsünə qısa müddətdə ölkənin bir çox bölgələrindən dəstək gəlib. Sezar pizza

Müəllimlər şagirdlərin təhsilə olan həvəsini daha da artırmaq üçün onlara müxtəlif dərs vəsaitləri də hədiyyə ediblər.

Qeyd edək ki, bu, həmin müəllimlərin ilk belə addımı deyil. Onlar karantin dövründə maska tikib paylamaq və aztəminatlı ailələrdən olan şagirdlərinə yardım aparmaqları ilə də tanınıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!