Bir sıra prokurorların fəaliyyətinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra prokurorların fəaliyyətinə xitam verildi

Maraqlı

23 Sentyabr 2022 15:11 961


Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilib.

Yenisabah.az xəbər verri ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev 23 sentyabr 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib. pizza mizza

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!