“Azərbaycanın Ukrayna ərazisində mülkiyyəti ancaq yanacaqdoldurma məntəqələridir. Orada başqa heç bir mülkiyyətimiz yoxdur. İstər Kremençuk neft emalı zavodu olsun, istərsə də Karlovka qaz ölçmə stansiyası olsun, onların SOCAR-a aidiyyəti yoxdur”.
Bu sözləri "Yeni Sabah"a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
O bildirib ki, Ukraynanın Odessa regionundakı neft-qaz müəssislərinə Rusiyanın son hücumlarının Azərbaycanın bu ölkəyə qaz nəqli ilə bağlılığı ehtimalını şərh edib. pizza mizza
Xatırladaq ki, Ukraynanın Energetika Nazirliyi avqustun 6-ı, gecə saatlarında qaz təminatı infrastrukturuna edilən hücumu təsdiqləyib. Qaz Nəqli Sistem Operatorunun stansiyasına zərbə endirilməsi məqsədyönlü olub. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. O, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur. Hadisə yerinə mütəxəssislər cəlb olunub və onlar dəyən ziyanın həcmi ilə bağlı hesablamalar aparırlar.
Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji təsisatlarını hədəf almasından sonra heç bir nəticə ilə üzləşməyəcəyi təqdirdə, Avropadakı infrastrukturun da təhlükədə olacağı ilə bağlı xəbərdarlıq edib.
“Bu, cavab hücumu idi. Ukrayna həmin infrastrukturu müdafiə edə bilməyib. Bundan 2 gün öncə Rusiyanın 2 neftayırma zavoduna Ukrayna tərəfindən zərbələr endirilib. Bunlar kifayət qədər güclü zərbələr idi. Həmin zavodlar ən azı 3-4 ay sıradan çıxıb”, - deyə İlham Şabah vurğulayıb.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ukraynaya heç vaxt qaz satmayıb:
“İyulun 28-də “Naftoqaz” açıqlamışdı ki, test rejimində Azərbaycandan Ukraynaya nəql olunacaq bir neçə milyon kubmetr qaz ola bilər. O da biz sərhəddə satılır.
Odessadakı Qaz Nəqli Sistem Operatorunun stansiyasını vurdular, elədilər, amma onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Öz işləridir, özləri bilər. Ukraynanın pulunu ABŞ və Avropa verir, onlar da Azərbaycandan nefti alırdılar. Nefti heç zaman hansısa riskə, yaxud siyasi məqsədlərlə istifadə etməmişik. Bizimki odur ki, səhər malı sat, axşam pulunu al. Qurtardı, getdi.
Mətbuatda yer alan xəbərlərə baxdım. Bir xəritəyə baxın, bir görün Ukrayna haradadır, Moldova harada? Heç oralara indiyədək qaz satmışıq? Yazılanlara “Quran ayəsi” kimi baxmaq düzgün deyil”.
Nazim Hacıyev
Telegram kanalımız